Kimlər müraciət edə bilər? Bu proqrama uyğun namizədlər: - 18-25 yaş arası olmalıdır - İngilis dili biliyini nümayiş etdirməli (danışma, oxuma, yazma, dinləmə). - bakalavr təhsillərinin bitməsinə ən azı bir semestr qalıb və proqramı başa vurduqdan sonra öz universitetlərinə qayıtmaq öhdəliyi götürməlidir - universitet və icma fəaliyyətlərində güclü liderlik keyfiyyətləri və potensialı nümayiş etdirməlidir - Birləşmiş Ştatlar haqqında öyrənməyə ciddi maraq göstərməlidir - qiymətlər, mükafatlar və müəllim tövsiyələri ilə göstərildiyi kimi davamlı yüksək səviyyədə akademik nailiyyətlərə sahib olmalıdır - ictimai xidmətə və məktəbdənkənar universitet fəaliyyətlərinə sadiqlik nümayiş etdirməlıdır - Birləşmiş Ştatlarda və ya öz ölkəsindən kənarda başqa yerlərdə çox az və ya heç bir təhsil və ya səyahət təcrübəsi olmamalıdır - kampus həyatı ilə rahat olmalı, yaşayış yerlərini paylaşmağa hazır olmalı və öz ölkələrindən fərqli mədəni və sosial təcrübələrə uyğunlaşa bilməlidir - namizədlərin Birləşmiş Ştatlarda az və ya heç bir təcrübəsi olmamalıdır! Proqram Tarixləri: Onlayn müraciət üçün son tarix: 15 noyabr 2022-ci il Müraciətlərin nəzərdən keçirilməsi və müsahibələr əsasında ABŞ səfirliyi Azərbaycandan bir namizəd seçəcək və irəli sürəcək. 2023-cü il may ayının sonu/iyun ayının əvvəli – ABŞ-da proqramın tarixləri Zəhmət olmasa ərizə formanızı və CV-nizi SUSI for Students 2023 başlığı ilə BakuEducation@state.gov ünvanına göndərin. Əlavə məlumat üçün vebsaytımıza baxa bilərsiniz: SUMMER 2023 STUDY OF THE U.S. INSTITUTES (SUSIs) PROGRAM FOR STUDENT LEADERS - U.S. Embassy in Azerbaijan (usembassy.gov)